Balotelli “Əl-İttifaq”da
Mario Balotelli karyerasını “Əl-İttifaq”da davam etdirəcək. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra klubla rəsmi müqavilə imzalayacaq.
Balotellinin son ünvanı A Seriyasında “Cenoa” olub. O, daha əvvəl “Mançester Siti”, “İnter” kimi klubların formasını geyinib.










