Balotelli BƏƏ yolunda
Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə hazırlaşır. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, 35 yaşlı italiyalı hücumçu “Əl-İttifaq” klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda “Əl-İttifaq” BƏƏ çempionatının ikinci divizionunda sonuncu pillədə qərarlaşıb. Klub təcrübəli futbolçunun transferi ilə vəziyyəti yaxşılaşdırmaq niyyətindədir.










