Bakı derbisində qollu heç-heçə
Azərbaycan Premyer Liqasında 31-ci turun ikinci gününə yekun vurulub. Bakı derbisində “Səbail” “Neftçi”ni qəbul edib.
Qarşılaşmada hesabı qonaqlar açıb. Yeqor Boqomolski erkən qola sevinib.
Lakin “ağ-qaralar” üstünlüyünü qoruya bilməyib. Autsayder Maksim Çexin qolu ilə məğlubiyyətdən qaçıb – 1:1.
Qeyd edək ki, turun sabah baş tutacaq son görüşündə “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq.