Bakı derbisində bir qol
Azərbaycan Premyer Liqasında XI turun ikinci gününə yekun vurulub. Bakı derbisində “Neftçi” “Sabah”ı qəbul edib.
Ötən mövsümün mükafatçılarının duelinin taleyi son saniyələrdə həll olunub. Boyan Letiçin qolu “Sabah”a qələbə qazandırıb – 1:0.
Günün ilk oyunu 0:0 hesabı ilə bitib. “Sumqayıt” evdə “Qəbələ” ilə bərabərə qalıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.