Bahadur Həziyev “Səbail”də
“Səbail” növbəti futbolçu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “İmişli”də keçirmiş Bahadur Həziyevlə 1+1 illik müqavilə imzalanıb. Bu, 29 yaşlı yarımmüdafiəçinin paytaxt təmsilçisinə üçüncü keçidi olub.
Qeyd edək ki, Bahadur 2019/2020-ci və 2020/2021-ci illər mövsümlərində, həmçinin 2023/2024-cü illər mövsümündə “Səbail”də çıxış edib.












