Badosa oyunu yarımçıq tərk etdi
Mayamidəki turnirdə yarımfinalçılar müəyyənləşib. Paula Badosa Cessika Pequla ilə görüşü yarımçıq dayandırıb. İspaniyalı 1-ci setdə 1:4 hesabı ilə geridə olduğu vaxt matçı davam etməməyə qərar verib.
İqa Şventek də Pequla kimi yarımfinala adlayıb. O, Petra Kvitovanı məğlub edib – 6:3, 6:3.
Cessika və iqadan başqa Naomi Osaka və Belinda Bençiç də finalın bir addımlığına qədər irəliləyib.