Babək Quliyevə növbəti təyinat

Babək Quliyevə növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Millimiz məğlub oldu

Növbəti yazı

PSJ “Real”ı darmadağın etdi