Bəhlul Mustafazadədən ilk
“Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda “Ayntraxt”ı 3:2 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin qələbə qolunu vuran Bəhlul Mustafazadə tarixi uğura imza atıb.
Belə ki, 28 yaşlı müdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
Qeyd edək ki, bu qələbə sayəsində “Qarabağ” turnir cədvəlində 10 xalla 17-ci pilləyə yüksəlib. “Ayntraxt” isə 4 xalla 33-cü yerdə qərarlaşıb.
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində son oyununu yanvarın 29-da İngiltərədə “Liverpul” klubuna qarşı keçirəcək.












