Bəhlul Mustafazadə: “Rəqib güclü komandadır”
Futbol üzrə Azərbaycan millisi sabah növbəti yoxlama matçını keçirəcək. Yığmamız Macarıstan seçməsi ilə qarşılaşacaq.
Görüşdən öncə komandamızın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Sabah bizi çətin oyun gözləyir. Rəqib güclü komandadır. Onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq. Məqsədimiz baş məşqçinin tapşırıqlarını yerinə yetirmək qələbə üçün çalışmaqdır. Yaxşı oyunla qalib gəlmək mümkündür”.