Bəhlul Mustafazadə: “Qələbə qazanmaq istəyirik”
Sabah Azərbaycan millisi yoldaşlıq matçı keçirəcək. Yığmamız Haiti ilə qarşılaşacaq.
Oyundan öncə komandamızın futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Haiti bizə tanış olmayan komanda olsa da, onların oyunlarını izləmişik. Rəqib güclü kollektivdir. Bizdə də ab-hava yüksəkdir. Qarşıdakı matçlarda qələbə qazanmaq istəyirik. Komandamıza yeni qoşulan futbolçular da çox həvəslidirlər. Təcrübəli futbolçular onlara uyğunlaşma prosesində kömək etməyə çalışırlar”.
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.