Bəhlul Mustafazadə: “Bu, çox böyük uğurdur”
Sabah Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. “Qarabağ” “Ferentsvaroş”u qəbul edəcək.
Oyundan öncə ağdamlıların futbolçusu Bəhlul Mustafazadə mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Bu oyunun mahiyyətinin fərqindəyik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Sabah bizi ilk oyundan da çətin matç gözləyəcək. Amma qarşılaşmaya hazırıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə əldə edək. Bir azərbaycanlı üçün bu, çox böyük uğurdur. Bununla yanaşı, artıq 2 dəfə pley-offda oynamışam. Keçə bilməmişik. Bu barədə təcrübəliyik. Sabahkı oyuna daha sakit yanaşırıq. Keçən matçdakı iki toplu üstünlüyün nə qədər tez aradan qalxa biləcəyini anlayırıq. Ona görə də maksimum tərzdə sakitik. Sabah soyuqqanlı olmağa çalışacağıq”.












