Azpilikuetanın durumu bəlli oldu
“Çelsi” düşərgəsində sevindirici hadisə baş verib. Sezar Azpilikuetanın durumu bəlli olub.
Bunu London klubunun mətbuat xidməti açıqlayıb. “Zadəganlar”ın kapitanı xəstəxanadan evə buraxılıb.
O, Premyer Liqanın 24-cü turunun matçında “Sauthempton”un hücumçusu Seku Maranın butsunu başına vurması ilə beyin silkələnməsi yaşamışdı. Hazırda Azpilikueta “Çelsi”nin bazasında bərpasını davam etdirir, klubun tibb heyəti müdafiəçinin vəziyyətinə nəzarət edir.