Azpilikueta 500-ə çatdı
Sezar Azpilikueta milli çempionatlarda 500-cü oyununu keçirib. “Atletiko”nun müdafiəçisinin yubileyi “Osasuna” ilə matça təsadüf edib.
La Liqa matçına sonradan çıxan 34 yaşlı ispaniyalı üç çempionatda forma geyinib. O, “Çelsi”də 349, “Osasuna”da 99, “Marsel”də 47, “Atletiko”da 5 oyunda iştirak edib.