Azarkeş atəş açdı, baş məşqçini yaraladı

Azarkeş atəş açdı, baş məşqçini yaraladı

Argentina çempionatında qalmaqal yaşanıb. Hadisə aşağı dəstədə çıxış edən “Ferro” və “Urakan” arasında görüşdə baş verib. İkinci hissənin sonlarında “Urakan” azarkeşləri dava salıb.

Fanatlardan biri tapança ilə atəş açmağa başlayıb. Odlu silahdan açılan atəş “Ferro”nun baş məşqçisi Maurisio Romeroya tuş gəlib. O, çiynindən yaralanıb.

Güllə səsləri eşidilən kimi futbolçular meydanı tərk ediblər. “Urakan”ın 3:1 hesabı ilə öndə olduğu matç yarımçıq qalıb.

ETOPAZ

Əvvəlki yazı

Kerberlə Şventek yenidən “Top-10”da

Növbəti yazı

Azərbaycan Cüdo Federasiyasında prezident dəyişikliyi