Azara İngiltərədən müştəri
“Real”ın futbolçusu Eden Azar karyerasını İngiltərədə davam etdirə bilər. Onun xidmətində “Arsenal” maraqlıdır.
Karlo Ançelotti onu “Real”da görmək istəmir. Londonlular da bu fürsətdən yararlanmağa qərar verib.
31 yaşlı vinger cari mövsüm cəmi 6 matça çıxıb. Onun aktivində 1 qol və 1 assist var.
Qeyd edək ki, Belçika millisindəki karyerasını DÇ-2022-dən sonra başa vuran Azarın “Real”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.