Azar yenə zədələndi
Belçika millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Eden Azar zədələnib. 30 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının Fransa ilə yarımfinal görüşündə (2:3) xəsarət alıb.
Futbolçunun durumuna tam tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək. Bu, Azarın ilk belə zədəsi deyil.
Belçikalı son vaxtlar tez-tez xəsarət alır. O, cari mövsümdə klub və millidə ümumilikdə 7 oyun keçirsə də, heç birində 90 dəqiqə oynamayıb.