Azar Şöhrət Zalına daxil edildi

Azar Şöhrət Zalına daxil edildi

“Çelsi”nin sabiq futbolçusu Eden Azar İngiltərə Premyer Liqasının Şöhrət Zalına daxil edilib. Bu barədə Premyer Liqanın rəsmi mətbuat xidməti məlumat yayıb.

Belçikalı vinger 2012–2019-cu illər ərzində “Çelsi”nin heyətində çıxış edib, Ulduz futbolçu Premyer Liqada meydana çıxdığı  245 oyunda 85 qol vurub, 57 qol ötürməsi verib. Azar London klubunun heyətində iki dəfə İngiltərə çempionu olub.

34 yaşlı veteran oyunçu Şöhrət Zalına daxil edilən 26-cı şəxs olub. 

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un baş məşqçisi bəlli oldu

Növbəti yazı

“Neftçi”, “Qəbələ” və “Şamaxı” 1/8 finalda