Azar “Qalatasaray”ın hədəfində
Madrid “Real”ının hücumçusu Eden Azar karyerasını Türkiyədə davam etdirə bilər. 31 yaşlı futbolçu ilə “Qalatasaray” maraqlanır.
Azarın transfer qiyməti 12 milyon avrodur. Onun “kral klubu” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.