Azərbaycanlı hakim Konfrans Liqasında

Azərbaycanlı hakim Konfrans Liqasında

Daha bir azərbaycanlı hakim Konfrans Liqasına təyinat alıb. FIFA referisi Kamal Umudlu I təsnifat mərhələsində Albaniyanın “Vlajniya” və İslandiyanın “Valyur” klubları arasında keçiriləcək cavab oyununu idarə edəcək.

Qarşılaşmada ona yan xətt hakimləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.

Qeyd edək ki, oyun iyulun 18-də Albaniyanın Şkoder şəhərində keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 28.06.2024

Növbəti yazı

Naço “Əl Kadisiya”da