Azərbaycanın yeri dəyişmədi

Azərbaycanın yeri dəyişmədi

Avrokubokların II təsnifat mərhələsinin ikinci oyun günündən sonra UEFA reytinqi açıqlanıb. “Qarabağ”la “Sabah”ın matçlarından sonra Azərbaycanın mövqeyi dəyişməyib.

Ölkəmiz 15,000 xalla Avropada 29-cudur. Bu xalların 0,750-si cari mövsüm əldə olunub.

“Qarabağ” dünən Çempionlar Liqasının “Rakuv”la görüşündə 2:3 hesabı ilə uduzduğundan növbəti xalları qazana bilməyib. Debütündə RFS-ə 2 cavabsız qol vuran “Sabah” Konfrans Liqasındakı qələbə ilə aktivimizi zənginləşdirib.

Ümumilikdə ağdamlılar cari mövsümdə 0,500, “Sabah” 0,250 xalla ölkə əmsalına töhfə verib. 

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir.

e-Topaz

Əvvəlki yazı

“Qarabağ”ın oyununda 5 qol

Növbəti yazı

Jiru Səudiyyə Ərəbistanına getmədi