Azərbaycanın qadın futbol millisi Banqladeşdəki turnirdə iştirak edəcək

Azərbaycanın qadın futbol millisi Banqladeşdəki turnirdə iştirak edəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. Bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

Komanda Dəkkə şəhərində “FIFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Yığma noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən La Liqaya

Növbəti yazı

Günün kuponu – 01.11.2025