Azərbaycanın olimpiya çempionları üçün xüsusi olimpiya təqaüdünün məbləği dəyişib

Azərbaycanın olimpiya çempionları üçün xüsusi olimpiya təqaüdünün məbləği dəyişib

Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Bundan əvvəl Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği 1300 (min üç yüz) manat məbləğində olub.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanda paralimpiya çempionları üçün xüsusi təqaüd təsis olunub

Növbəti yazı

Rəşad Sadıqov: “Oyunun nəticəsi səfərdə həll olunacaq”