Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Ölkələrin UEFA reytinqi açıqlanıb. Konfrans Liqasının Liqa mərhələsinin VI turunun matçları bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkəmiz 2024-cü ilin son siyahısında 19,625 xalla Avropada 28-ci pillədədir.

Azərbaycanın ən yaxın izləyicisi dəyişib. 29-cu pilləyə yüksələn Sloveniya cədvəldəki yeni qonşumuz olub.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 99,767 xal.

ETOPAZ

Əvvəlki yazı

Ardıcıl 4-cü qış çempionluğu

Növbəti yazı

Lebron Ceymsdən yeni rekord