Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib. Baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.

Yeddi ölkə günü qazancla başa vurub. Onlardan üçü itki ilə də üzləşib. İtaliya 2, Fransa və Şotlandiya bir təmsilçisi ilə vidalaşıb.

Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı

Növbəti yazı

“Feyenoord” 50 ildən sonra