Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. Baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.

Dörd ölkə günü qazancla başa vurub. Almaniya, Belçika, Niderland və Portuqaliya xal hesablarını artırıblar.

Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.

ETOPAZ

Əvvəlki yazı

”Bavariya” və “Benfika”dan qələbə

Növbəti yazı

Ən yaxşı adına namizədlər bəlli oldu