Azərbaycanın mövqeyi dəyişmədi

Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilib. Baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.

Siyahının lideri İngiltərə günü əliboş başa vurub. Ən yaxın izləyiciləri – “Böyük beşliy”in digər ölkələri isə xal hesablarını artırıblar. İtaliya, İspaniya, Almaniya və Fransa günü qazancla bitirib.

Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” rekordun 4 dəqiqəliyində

Növbəti yazı

XXI əsrin rekordu