Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
Azərbaycandan irəliləyiş
Ölkələrin UEFA reytinqi açıqlanıb. I təsnifat mərhələsinin ilk oyunlarından sonra siyahıda bəzi dəyişikliklər olub.
Azərbaycanın da mövqeyi dəyişib. Bir gün əvvəl 25-ci pilləni əldən verən ölkəmiz mövqeyini qaytarıb. 1 pilləlik irəliləyişə “Zirə”nin qələbəsi səbəb olub. Moldovada “Şerif”i 1:0 hesabı ilə udan təmsilçimiz Azərbaycana 0,250 xal qazandırıb. Ölkəmizin 17,000 xalı var. Azərbaycan Kipri arxada qoyub.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.