Azərbaycanda paralimpiya çempionları üçün xüsusi təqaüd təsis olunub
Azərbaycanın paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Təsis edilən təqaüd Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.