Azərbaycanda “Barselona” akademiyası yaradılacaq

Azərbaycanda “Barselona” akademiyası yaradılacaq

Azərbaycanda İspaniyanın “Barselona” klubunun futbol akademiyası yaradılacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Barselona” klubunun prezidenti Xuan Laportanı qəbul edərkən bildirilib.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

ETOPAZ

Əvvəlki yazı

Ən yaxşı mərkəz hücumçuları açıqlandı

Növbəti yazı

Yarımfinalda iki ilk