Azərbaycan yığması Niderlanda uduzub

Azərbaycan yığması Niderlanda uduzub

Bu gün basketbolun 3×3 növü üzrə Qadın Seriyasının Bakı mərhələsinə start verilib. Turnirdə 16 komanda mübarizə aparır.

Reytinqi aşağı olan 6 iştirakçı təsnifat mərhələsində gücünü sınayacaq. İki qrupun qalibi növbəti raundda 10 komandaya qoşulacaq.

Millimiz Niderlandla üz-üzə gəlib. Matç rəqibin xeyrinə başa çatıb.

Təsnifat mərhələsi
A qrupu:
 Madaqaskar, İtaliya, Rumıniya
B qrupu: Qazaxıstan, “Roma”, Misir

Qrup mərhələsi
A qrupu:
 Niderland, “Praqa”, Azərbaycan
B qrupu: Çin, “Takasaki”, Çili
C qrupu: Tailand, Latviya, təsnifatda A1
D qrupu: Avstriya, Filippin, təsnifatda B1

Azərbaycan millisi A qrupunda Niderland və “Praqa” ilə üz-üzə gələcək. Yığmamız qrup matçlarını mayın 26-da keçirəcək.

Qadın seriyası
Bakı mərhələsi
A qrupu
26 may

16:00. Niderland – Azərbaycan – 19:13
17:50. “Praqa” – Azərbaycan

Qeyd edək ki, qrup mərhələsində ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq.

ETOPAZ

Əvvəlki yazı

İspaniya millisinin heyəti açıqlandı

Növbəti yazı

Günün kuponu – 27.05.2025