Azərbaycan – Şotlandiya matçında qazaxıstanlı hakimlər

Azərbaycan – Şotlandiya matçında qazaxıstanlı hakimlər

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şotlandiya oyununun hakimləri müəyyənləşib.

Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Bakıda təşkil ediləcək matçın baş hakimi Sayat Karabayev olacaq.

Ona Yuri Tixonyuk ilə Yevgeni Belski kömək edəcək. Dördüncü hakim funksiyasını Saken Baiymbet yerinə yetirəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 12.10.2025

Növbəti yazı

Fransa millisində ciddi itki