Azərbaycan Rusiyanı geridə qoydu

Azərbaycan Rusiyanı geridə qoydu

Komandalarımızın hazırda avrokuboklarda uğurlu çıxışı sayəsində Azərbaycan UEFA reytinqində 28-ci pilləyə yüksəlib. Son beş mövsümün nəticələrinə əsasən, indi ölkəmizin hesabında 18.375 xal var.

“Qarabağ”ın “Şelburn”la cavab matçındakı qələbəsi (1:0) sayəsində hazırkı mövsüm qazandığımız xal sayı 1.250 olub.

Nəticədə Azərbaycan UEFA reytinqində Rusiyanı qabaqlayıb. Dördüncü mövsümdür avrokuboklardan kənar qalan ölkənin hesabında isə 18.299 xal var.

ETOPAZ

Əvvəlki yazı

AFFA-dan “Karvan-Yevlax” və “İmişli” klublarına bir mövsümlük möhlət

Növbəti yazı

İbrahima Vadji “Turan Tovuz”da