Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.

Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. “Qarabağ” “Lüdoqorets”ə 1:2 hesabı ilə uduzduğu üçün ölkəmizin əmsalı dəyişməz qalıb. Buna baxmayaraq, Azərbaycan mövqeyini qoruyub.

Xal hesabımız 18,375-dir. Azərbaycan 23-cü sıradadır. Cari mövsümün qazancı 1,625-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,750, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın oyununda üç qol

Növbəti yazı

Şəriəti karyerasını bitirdi