Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk gününün nəticələri səbəb olub.

Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. “Qarabağ” “Linkoln” üzərində 5:0 hesablı qələbə ilə ölkəmizə 0,250 xal qazanc gətirib.

Xal hesabı 18,000-a yüksələn Azərbaycan 24-cü sırada qərarlaşıb. Cari mövsümün qazancı 1,250-yə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 0,500, “Sabah” 0,250 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bu gün nizam-intizamlı, səliqəli oyun oldu”

Növbəti yazı

İlqar Qurbanova yeni vəzifə