Azərbaycan mövqeyini qorudu
Ölkələrin UEFA reytinqi açıqlanıb. I təsnifat mərhələsinin cavab oyunlarının ilk günündən sonra siyahıda bəzi dəyişikliklər olub.
Finlandiya Farer adalarını, Litva Lixtenşteyni, Belarus Cəbəllütariqi keçib. Azərbaycanın mövqeyi dəyişməz qalıb. 25-ci pillədə qərarlaşan ölkəmizin 17,000 xalı var.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.