Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Avrokubokların 1/2 final mərhələsinin cavab oyunlarına yekun vurulub. Bu həftə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 6 görüş baş tutub.

Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb. Cədvəlin lideri İngiltərə aha çox qazanc əldə edərək üstünlüyü artırıb.

Azərbaycanın mövqeyi dəyişməyib. Avropada təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan siyahıda 30-cudur.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 114,624 xalı var.

ETOPAZ

Əvvəlki yazı

Finalın adı bəlli oldu: “Çelsi” – “Betis”

Növbəti yazı

La Liqadan 12-ci