Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Avrokubokların pley-off mərhələsi başa çatıb. Bu matçlardan sonra UEFA reytinqi açıqlanıb.

Azərbaycan çempionu “Qarabağ” ölkəmizin reytinqinə daha 0,125 xal qazandırıb. Buna “Qarabağ”ın “Olimpiya” ilə 1:1 hesablı heç-heçəsi səbəb olub. 

Bununla da ölkəmiz xal hesabını 16,875-ə çatdırıb. Azərbaycan bu göstərici ilə Avropada 29-cudur. 28-ci olan Slovakiya ilə fərq 0,500-ə qədər artıb.

Cari mövsüm toplanan xalların sayı 2,625-ə çatıb. “Qarabağ” 1,500, “Sabah” 0,750, “Neftçi” 0,375 xallıq qazanc gətirib.

Digər ölkələrin mövqelərində bəzi dəyişikliklər olub. Qardaş Türkiyə də 1 pillə irəliləyib. Super Liqa təmsilçiləri artıq 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Qrupda iştirak etmək vacibdir”

Növbəti yazı

Henderson “Kristal Pelas”da