Azərbaycan mövqeyini qorudu
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Cavab oyunları çərçivəsində baş tutan 4 matçdan sonra UEFA reytinqi açıqlanıb.
Lider İngiltərə günü daha böyük qazancla tamamlayıb. Futbolun yaradıcıları 0,429 xal əldə edib. Almaniya, İspaniya və Niderland da xal hesabını artırıb.
Azərbaycanın mövqeyi dəyişməyib. Avropada təmsilçisi qalmayan ölkəmizin hesabında 19,625 xal var. Azərbaycan siyahıda 30-cudur.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 108,767 xalı var.