Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunlarına yekun vurulub. Baş tutan 4 oyundan sonra UEFA reytinqi açıqlanıb.

Beş ölkə günü qazancla başa vurub. İtaliya, İngiltərə, Fransa və Portuqaliya isə bir təmsilçisi ilə vidalaşıb.

Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib. 28-ci pillədə qalan ölkəmizin hesabında 19,625 xal var. Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ başçılıq edən İngiltərənin 106,624 xalı var.

ETOPAZ

Əvvəlki yazı

PSJ-dən yeni rekord

Növbəti yazı

Azərbaycan çempionatında finalçılar müəyyənləşdi