Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqi açıqlanıb. Avropa Liqasında Liqa mərhələsinin VIII turunun matçları bəzi dəyişikliyinə səbəb olub.

Şotlandiya və Danimarka İsveçrəni keçib. İsveç isə Kipri arxada qoyub.

Yunanıstanda “Olimpiakos”a 0:3 hesabı ilə uduzan “Qarabağ” Azərbaycanın aktivini zənginləşdirə bilməyib. Nəticədə mövqeyi dəyişməyən ölkəmiz 28-ci pillədə qalıb.

Azərbaycanın hesabında 19,625 xal var. Ölkəmiz mövsümü bu xalla başa vurub. Amma yekun mövqeyi dəqiqləşməyib. Çünki aşağı sıralardakı bəzi ölkələrin təmsilçiləri mübarizəni davam etdirirlər.

Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 106,624 xal.

ETOPAZ

Əvvəlki yazı

Sampaoli “Renn”i tərk etdi

Növbəti yazı

Miki Murdan yeni rekord