Azərbaycan mövqeyini qorudu
Ölkələrin 2025-ci ildə ilk UEFA reytinqi açıqlanıb. Çempionlar Liqası və Avropa Liqasında Liqa mərhələsinin VII turunun ilk gününün matçları bəzi xal dəyişikliklərinə səbəb olub.
Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkəmiz 2025-ci ilin ilk siyahısında 19,625 xalla Avropada 28-ci pillədədir.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 100,732 xal.