Azərbaycan mövqeyini qorudu
Ölkələrin UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının Liqa mərhələsinin V turunun ilk oyun günündə baş tutan matçlar bəzi ölkələrin xal hesabını artırması ilə nəticələnib.
Bu, cədvəldə yerdəyişmələrə səbəb olmayıb. Bütün ölkələr kimi Azərbaycan da mövqeyini qoruyub. Hesabında 19,625 xal olan ölkəmiz Avropada 27-ci pillədədir. Rumıniyadan 0,500 xal geridə olan Azərbaycan Bolqarıstanı eyni fərqlə üstələyir.
Cari mövsümün qazancı 2,875-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 95,589 xal.