Azərbaycan mövqeyini qorudu
Ölkələrin UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının IV turunun ikinci günündə və Avropa Liqasında baş tutan matçlar siyahıda xal dəyişikliklərinə səbəb olub.
Amma bu xal artımları mövqe dəyişikliyi ilə nəticələnməyib. Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.
Azərbaycan xal hesabını bu gün artıra bilər. Bunun üçün “Qarabağ” Avropa Liqasının matçında “Bodo Qlimt”ə uduzmamalıdır.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94,589 xal.