Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının IV turunun ilk günündə baş tutan matçlar siyahıda dəyişikliklərə səbəb olub.

Şotlandiya üç pillə irəliləyib. Böyük Britaniya təmsilçisi Yunanıstan, Danimarka və İsveçrəni keçib.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-ci pillədə qalıb.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94,589 xal.

ETOPAZ

Əvvəlki yazı

”Milan”dan qələbə, “Siti” Portuqaliyada xalsız qaldı

Növbəti yazı

“Real”dan antirekord