Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasının Liqa mərhələsinin III turunun ilk gününün 9 matçı ciddi dəyişikliklərə səbəb olmayıb.

Ölkələrin yalnız xal hesabı dəyişib. İki komandası qələbə qazanan İngiltərə və İspaniya günü daha böyük qazancla başa vurub.

Azərbaycanın da mövqeyi dəyişməyib. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-cidir.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 93,017 xal.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus” evdə məğlub oldu, “Real”dan əzmkar qələbə

Növbəti yazı

“Sabah”ın matçının hakimləri bəlli oldu