Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub. Buna Çempionlar Liqasının Liqa mərhələsinin II turunun ilk gününün nəticələri səbəb olub.

Baş tutan 9 matçdan sonra bəzi ölkələrin xal hesabı dəyişib. Lakin mövqe dəyişikliyi qeydə alınmayıb.

Azərbaycanın cədvəldəki yeri dəyişməz qalıb. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 27-cidir.

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 91,160 xal.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya” və “Barselona”dan darmadağın, PSJ məğlub oldu

Növbəti yazı

Levandovski “35”ə çatdı