Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşdi

Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşdi

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib. Komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.

Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.

Nr.Ad / SoyadKlub
1Oqtay MehrəliyevQarabağ
2Yavər ƏsgərliSabah
3Daniil BayramariQəbələ
4Raul ƏliyevQarabağ
5Ruhid MəmmədliQarabağ
6Məhəmmməd AğamaliyevQarabağ
7Harun ƏliyevNeftçi
8Emil QuliyevNeftçi
9Kənan ƏzimovNeftçi
10Yusif KərimliUlduz
11Nihat BəylərliUlduz
12Murad ZeynallıUlduz
13Xəzər HüseynzadəSabah
14Həsən MəhmədovSabah
15Ramil ƏmirquliyevQarabağ
16Səbran MuradlıQarabağ
17Murad MəmmədovSumqayıt
18Sübhan ƏlizadəNeftçi
19Həsən MürşüdzadəQarabağ
20Qafar BabayevNeftçi
21Abbas MəmmədliQarabağ
22Həsən RamazanovSabah
23İbrahim RzaQarabağ
24Rəsul QurbanlıUlduz
25Amin TağıyevTuran Tovuz

18 noyabr

12:00. Monteneqro – Azərbaycan

20 noyabr

12:00. Azərbaycan – Bolqarıstan

23 noyabr

15:00. Moldova – Azərbaycan

Qeyd edək ki, oyunlar Moldova Futbol Federasiyasının Texniki Mərkəzində təşkil olunacaq. Matçların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

ETOPAZ

Əvvəlki yazı

Şafranko əməliyyat olundu

Növbəti yazı

Samir Abasov cəzalandırıldı