Azərbaycan millisindən səfər qələbəsi

Azərbaycan millisindən səfər qələbəsi

Azərbaycan milli komandası növbəti oyununu keçirib. Canni de Byazinin baş məşqçisi olduğu yığmamız beynəlxalq yoldaşlıq görüşündə Moldova ilə görüşüb.

Kişinyovdakı görüşün taleyi birinci hissədə həll olunub. Öncə Emin Mahmudov hesabı açıb.

Bu, kapitanın yığmada 9-cu qolu olub. Emin bu göstəricidə Vaqif Cavadova çataraq millinin tarixində bombardirlər cədvəlində ikinci yerə şərik çıxıb.

Aleksey İsayev yığmanın üstünlüyünü artırıb. O, milli forma ilə ilk qolunu vurub. Meydan sahibləri yalnız matçın  uzatma dəqiqələrində fərqi minimuma endirə bilib. Bu, yığmamıza 2:1 hesablı qələbə qazanmağa mane olmayıb.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Şimali Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək. Matç Skopyedə baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” hakimin qərarını məhkəməyə verdi

Növbəti yazı

Millimizdən yeni rekord