Azərbaycan millisi FİFA reytinqində gerilədi
FİFA milli komandaların reytinqini açıqlayıb. 2023-cü ilin ilk cədvəlində bəzi dəyişikliklər olub.
Son dünya çempionu Argentina 1-ci pilləyə yüksəlib. Hesabında 1840,92 xal olan yığma Braziliyanı arxada qoyub. Fransa ikinci, pentakampeonlar üçüncüdür.
Azərbaycan millisi 1142,25 xalla dünyanın 124-cü yerdə qərarlaşıb. Yığmamız hesabat dövründə AVRO-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.
Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 3 addım geriləyib. Niger, Mərkəzi Afrika Respublikası və Qambiya yığmamızı keçib.
Türkiyə yığması 1 pillə irəliləyib. 1465,70 xala malik Ştefan Kuntsun yetirmələri 43-cü sıradadır.