Azərbaycan kubokunun püşkü atıldı
Basketbol üzrə Azərbaycan kubokunun püşkü atılıb. Turnirdə Azərbaycan Basketbol Liqasında çıxış edən 12 komanda mübarizə aparacaq.
1/8 final mərhələsində çempionatın ilk iki dövrəsindən sonra A qrupunda 4-6-cı, B qrupunda 2-6-cı yerləri tutan komandalar mübarizə aparacaq. Yanvarın 28-29-da keçiriləcək mərhələdə “Gəncə” – “Ordu”, “Sumqayıt” – “Neftçi”, “Lənkəran” – NTD və “Abşeron” – “Quba” cütləri qarşılaşacaq.
1/4 final matçları martın 12-13-də keçiriləcək. “Naxçıvan”, “Sabah”, “Sərhədçi” və “Şəki” mübarizəyə birbaşa bu raunddan başlayacaq.